Tramp: "Krallar, prezidentlər, diktatorlar mənə zəng etdi"
Prezident Donald Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə açıqlama verib.
APA TV-nin Türkiyə mətbuatına əsasən xəbərinə görə, Tramp səfirliyin Qüdsə köçürməsi ilə bağlı onunla əlaqə saxlayan dövlət başçılarına verdiyi cavablar barədə danışıb: "Krallardan, prezidentlərdən, diktatorlardan zəng gəlirdi. Hamı zəng edirdi. Nə səbəbdən zəng elədiklərini bildiyimə görə onlarla daha sonra əlaqə saxlayacağımı deyirdim. Daha sonra əlaqə saxladıqda isə "sizin niyə narahat olduğunuzu bilmirdim, artıq gecikmisiniz" deyə cavab verirdim".
Özündən əvvəlki prezidentlərin səfirliyi Qüdsə köçürməklə bağlı çox vədlər verdiyini xatırladan Tramp ona edilən basqılardan qorxmadığını qeyd edib. "Artıq bunu etdik. Bununla fəxr edirik. Zövq alın" - deyə Donald Tramp vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı