Azərbaycanlı iş adamı və həyat yoldaşı evində QƏTLƏ YETİRİLDİ
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamının evinə silahlı basqın edilib, ev sahibi və həyat yoldaşı güllələnərək qətlə yetirilib. Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətov APA TV-ya deyib ki, dekabrın 24-də yerli vaxtla saat 09.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova birlikdə güllələnib.
Akif Hümbətovun sözlərinə görə, hadisə qətlə yetirilən Vidadi Məmmədovun qızı və bunlarda qalan qohumları olan oğlan dərsə getdikdən sonra baş verib: "Səhər uşaq gedib dərsə, ondan sonra hadisə baş verib. Giriblər, evinin içində güllələyiblər. Kafesi ilə evi birləşikdir".
Hazırda milis ərazini mühasirəyə alıb, araşdırma aparılır. Hadisənin motivi və törədənlərin kimliyi hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən növbəti yük göndərilib
Niderlanda yeni səfir təyin edildi