İsti havalar Yaponiya və Yunanıstanda can aldı - 115 ÖLÜ

Planetin bir çox nöqtələrində anomal istilər hökm sürür. APA TV-nin məlumatına görə, Yaponiyada temperatur artıq 41 dərəcəyə çatıb.

 

İsti hava şəraiti ölkədə insan tələfatına da səbəb olub. Son bir həftə ərzində ölənlərin sayı 65 nəfərə çatıb. Rəsmilər günvurma diaqnozu ilə 20 mindən çox insanın xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

 

Avropada isə anomal hava şəraiti, eləcə də mövsüm boyu yağıntıların az olması meşə yanğınları və quraqlığa səbəb olub, habelə kənd təsərrüfatına da mənfi təsir göstərib.

 

Latviya, İsveç və Yunanıstan da meşə yanğınlarından əziyyət çəkir. Təkcə İsveç meşələrində 50 ədəd yanğın ocağı qeydə alınıb. Son məlumata görə, ölkənin əksər hissəsində havanın hərarəti +30 dərəcəyə yüksəlib. Yunanıstana gəlincə, burada isti hava şəraiti nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

 

Təbii fəlakətlə mübarizə aparmaqda çətinlik çəkən hər üç ölkə rəsmiləri Avropa İttifaqına müraciət edib. Qurumdan yanğınlarla mübarizə məqsədilə İsveçə 240 yanğınsöndürənin göndərildiyi açıqlanıb.

 

Qeyd edək ki, sinoptiklər isti havanın hələ bir neçə gün davam edəcəyini açıqlayıblar.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR