ABŞ Türkiyəyə “F-35” qırıcı təyyarələrini satmaqdan imtina etdi

ABŞ Konqresi Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket kompleksləri əldə etmək qərarına görə “F-35” beşinci nəsil qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü dondurub.

 

APA TV-nin  “The Washington Times”a istinadən verdiyi xəbərə görə, müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına edilib.

 

Dəyişiklik Konqresin hər iki palatasında təsdiqlənib.

 

Pentaqon tədarükün ləğvinin mümkün fəsadlarını təhlil etdikdən sonra “F-35”lərə dair yekun qərar veriləcək.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR