İran vətəndaşı daxili orqanında Azərbaycana narkotik keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb.

 

Dövlət Gömrük Komitəsindən APA TV-yə verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə vətəndaşın düz bağırsağında 6 ədəd bükümdə ümumi xalis çəkisi 102,245 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR