TBMM-in sədri və Türkiyənin müdafiə naziri Azərbaycana gələcək
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri planlaşdırılır.
APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz qardaşıq. Gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk ziyarətlər Azərbaycana, Türkiyəyə edilir”, - deyə o söyləyib.
M.Çavuşoğlu görüşdə mühüm regional layihələri, bölgədə təhlükəsizlik və sabitliyi müzakirə etdiklərini bildirib: “Bakı-Tiflis-Qars strateji layihədir. İndi hamı bu layihəyə qoşulmaq istəyir. Yaxın gələcəkdə TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə nəql olunacaq. Hər ötən gün qardaşlığımızı və beynəlxalq əməkdaşlığımızı gücləndirəcəyik”.
OXŞAR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı