Çavuşoğlu: "ABŞ Fətullahı verməlidir, İrana qarşı sanksiyalar isə mümkün deyil"
"İrana qarşı sanksiyaların əleyhinəyik. Vaxtilə Avropa İttifaqı da Rusiyaya qarşı sanksiya tətbiq edib, amma biz buna qoşulmadıq. Bunları doğru hesab etmirik".
APA TV-nin məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ABŞ hökuməti Fətullah Güləni Türkiyəyə təhvil etsə belə, İrana qarşı sanksiyalara qoşulmaq kimi niyyətləri yoxdur:
"ABŞ Fətullahı bizə verdiyi zaman Türkiyə bu fikrindən əl çəkəcək” kimi söhbət ola bilməz. Onlar Fətullah Güləni bizə verməlidir, biz müttəfiqik və bunu başqa şərtlə bağlamaq olmaz. İranın küncə sıxışdırılmasını və ABŞ-ın İranla bağlı nüvə sazişindən çıxmasını da doğru hesab etmirik. Bu yaxınlarda ABŞ-dan Türkiyəyə bir heyət gəldi. Onlara da dedik ki, biz nefti İrandan almasaq, o ehtiyacımızı haradan qarşılayacağıq? İranla fərqli baxışlarımız ola bilər, amma sanksiyaları düzgün hesab etmirik".
OXŞAR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı