Türkiyədə azərbaycanlı qadını sevgilisi öldürdü

Türkiyədə Azərbaycan əsilli qadın sevgilisi tərəfindən öldürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerli vaxtla saat 08.30 radələrində Konya rayonunun Karatay qəsəbəsində baş verib.

 

Boşanmış və 3 övladı olan 50 yaşlı Sahibə Yükselir ötən gün sevgilisi Rahim A.-nın iş yerinə gəlib. İddiaya görə, Rahim A. evli olub. Sahibə Yükselir sevgilisindən evlilik vədini yerinə yetirməsini istəyib. Sonra mübahisə yaranıb və hadisə yerinə polis gəlib. Lakin  hər iki şəxs şikayətlərinin olmadığını bildiriblər. Bu gün səhər isə Rahim A. avtomobili ilə iş yerinə gedərkən avtomobildə olan Sahibəyə tapançadan 8 dəfə atəş açıb və onu avtomobildən yerə ataraq, hadisə yerindən qaçıb. Qadın ətrafdakı insanlar tərəfindən xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Polis hadisə yerindən qaçan Rahim A.-nın saxlanılması üçün axtarışlara başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR