FEMEN-in yaradıcısı intihar etdi: "HAMINIZ SAXTASINIZ"

Ukraynanın məşhur feminist qadın təşkilatı olan FEMEN-in yaradıcısı Oksana Şaçko intihar edib. 

 

APA TV xəbər verir ki, onun meyiti Parisdə yaşadığı mənzildə aşkarlanıb.

 

Çılpaq şəkildə keçirdiyi aksiyalarla məşhurlaşan aktivistin rəfiqələri İnna Şevçenko və Anna Qutsol hərəkatın yaradıcılarından olan Oksana Şaçkonun intihar etdiyini təsdiqləyib.

 

Son bir ildə 2 dəfə intihara cəhd edən Şaçkonun qısa məktubu da tapılıb. O yazıb: "Hamınız saxtasınız".

 

Qeyd edək ki, FEMEN təşkilatı 2008-ci ildə Ukraynada yaradılıb və 2012-ci ildə Fransada qeydiyyatdan keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR