Həftə sonunda neft bahalaşa bilər

Birjalarda xam neft ciddi bahalaşmadan sonra yenidən ucuzlaşaraq ötən gün qeydə alınan qiymətə satılır.

 

APA TV-nin məlumatına görə, "Brent" markalın neftin bir bareli dünən günorta saatlarında 74,34 dollara qədər bahalaşıb. Hazırda ucuzlaşmadan sonra 72,96 dollara satılır. Bu, dünən səhər satılan qiymətlərlə eynidir.

 

Qərbi Texas nefti də ciddi bahalaşmadan sonra yenidən ucuzlaşıb. Hazırda WTI neftinin 1 bareli 67,75 dollardır. Bu, ötən günün qiymətlərindən 20 sent ucuzdur.

 

Qiymətləri öz təsirində saxlayan əsas amil kimi ABŞ-la Çin arasında başlayan "ticarət müharibəsi" qalır. ABŞ-da xam neft ehtiyatlarının azalması gözlənilir. Əgər azalma çox olacaqsa, həftə sonunda qiymətlər bahalaşacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR