Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə yanğın olub - AĞACLAR YANIB

Göyçayda “Surxay qalası” adlanan ərazidə yanğın olub, nəticədə ağaclar və ot sahəsi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 21:00 radələrində rayonun Ərəbcəbirli və Mirzəhüseynli kəndləri arasındakı dağlıq ərazidə başlayıb.

 

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib. Hadisə zamanı 2 hektar ərazidə xırda ağaclar, quru ot və kol-kos yanıb.

 

Yanğınsöndürənlər irigövdəli ağaclardan ibarət meşə sahəsini, qazpaylayıcı stansiyanı, 330 və 500 kilovatlıq birinci və ikinci Abşeron elektrik hava xətlərini alovdan mühafizə edib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR