Paytaxtda metal qəbulu məntəqəsində işləyən 20 yaşlı gənc qətlə yetirilib

Bərdədən paytaxta işləməyə gələn gənc qətlə yetirilib. APA TV-nin məlumatına görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon qəsəbəsində baş verib.

 

1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu işlədiyi əlvan metal qəbulu məntəqəsində iş yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində adı hələlik məlum olmayan həmin şəxs Q.Hüseynova küt alətlə zərbə endirib və o, dünyasını dəyişib.

 

Mərhumun yaxınlarının bildirdiyinə görə, Q.Hüseynov əvvəllər də həmin sexdə işləyib. Ancaq bir neçə ay işlədikdən sonra Bərdəyə evlərinə qayıdıb. Bu yaxınlarda isə həmin məntəqənin sahibi zəng edərək Qafarın yenidən işə gəlməsini istəyib. Hadisənin isə hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

 

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR