Afina yaxınlığında güclü meşə yanğınları tüğyan edir - AZI 20 ÖLÜ, 69 YARALI
Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında meşə yanğınları nəticəsində azı 20 nəfər ölüb, 69 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə çox sayda canlı qüvvə, həmçinin 3 təyyarə və 2 helikopter cəlb edilib. Məlumata əsasən, güclü külək yanğının söndürülməsinə ciddi maneə yaradır.
Afina ətrafında yaşayan sakinlərin təxliyyəsi davam etdirilir. Yunanıstan hökuməti paytaxt ətrafında yerləşən bir sıra ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.
OXŞAR XƏBƏRLƏR
13:21
132
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
130
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
308
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1130
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1178
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1137