Lənkəranda ekskavator sürücüsü ehtiyatsızlığın qurbanı olub
Lənkəranda ekskavatorda yaranan nasazlığı aradan qaldırmaq istəyən sürücü bədbəxt hadisənin qurbanı olub. APA TV-nin cənub bürosuun verdiyi xəbərə görə, hadisə rayonun Havzava kəndində qeydə alınıb.
Girdəni çayının Havzava kəndindən keçən hissəsində çayın məcrasını dəyişmək üçün ərazidə işləyən ekskavatorda nasazlıq yaranıb. Yaranmış nasazlığı aradan qaldırmaq istəyən 59 yaşlı Adıgözəl Bəyverdiyevin üzərinə ekskavatorun çalovu düşüb. Ağır xəsarətlər alan Adıgözəl Bəyverdiyev elə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:21
136
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
134
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
309
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1130
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1178
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1137