Astara sakinindən 125 kq çətənə götürüldü

Astara sakinindən ümumi çəkisi 125 kiloqrama yaxın olan çətənə bitkisi aşkar edilərək götürülüb.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

 

Əməliyyat nəticəsində rayonun Tüləgivan kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Kənd sakini Elçin Eyvazovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 125 kiloqrama yaxın hündürlüyü 2,5-3 metr olan 58 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR