Lənkəranda 20 yaşlı hamilə qadın öldü

Lənkəranda 20 yaşlı hamilə qadın dünyasını dəyişib.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Lənkəran şəhər sakini, 20 yaşlı Günay Ümid qızı İbrahimova səhər saatlarında xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müayinələr zamanı məlum olub ki, Günay İbrahimova 16 həftəlik hamilə olub. İlkin məlumata əsasən, o, evdə hamiləliyini ləğv etmək üçün dərman qəbul edib. Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir göstərib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR