AAYDA son 6 ayda 200-dən çox texnika alıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) cari ilin son 6 ayı ərazində 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikaları alıb.

 

APA TV-nin xəbərinə görə, müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə alınan bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbəsində yolların istismar müddətinin artmasına yardımçı olur.

 

Bundan başqa, agentliyin texniki şərtləri və sifarişi ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə istifadə edilir. Bunlara misal kimi yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çoxfunksiyalı dizel aqreqatları və sairi göstərmək olar.

 

Çin Xalq Respublikası hökumətinin Azərbaycan hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikası və maşın-mexanizmlər verilib.

 

Beləliklə, son 6 ayda agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR