Ağcabədidə iki maşın toqquşdu, biri dərəyə aşdı
Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb, onlardan 4-ü bir ailənin üzvləridir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.
Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Mahir Gülməmməd oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı 04 BP 095 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Elvüqar Elmar oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı 04 BN 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107” yol kənarındakı dərəyə düşüb.
Qəza zamanı “VAZ-2107”-nin sürücüsü Mahir Əliyev və maşında olan ailə üzvləri - 1975-ci il təvəllüdlü Heyran Əşrəf qızı Əliyeva, 1996-cı il təvəllüdlü Röyalə Zakir qızı Əliyeva, 2004-cü il təvəllüdlü Ceyran Mahir qızı Əliyeva, “VAZ-2106” markalı avtomobilin sürücüsü Elvüqar Ağayev və sərnişinləri - 1985-ci il təvəllüdlü Nargilə Vəli qızı Ağayeva və 2010-cu il təvəllüdlü Nihal Elmidar qızı Ağayeva müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. "VAZ-2106" markalı avtomobilin sürücüsü və sərnişinlərinin vəziyyəti ağır olduğundan, Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub