Zaqatalada "Azərpoçt"un şöbəsinə basqın olub

"Azərpoçt" MMC-nin Zaqatala rayon filialının şöbələrindən birinə basqın olub.


APA TV-nin yerli bürosunun xəbərinə görə, naməlum şəxs və ya şəxslər iyulun 21-dən 22-ə keçən gecə giriş qapısının qıfılını sındırmaqla "Azərpoçt" MMC-nin Zaqatala rayon filialının Mosul kənd şöbəsinə daxil olublar.

 

Onlar içəridə axtarış apardıqdan sonra heç bir sənədə əl dəymədən binanı tərk ediblər. Şöbə rəhbəri Akif Hüseynovun verdiyi məlumata görə, hadisə baş verən gecə poçtda pul olmayıb. Sakinlərin poçt şöbəsinə etdikləri ödənişlər şənbə günü mərkəzə təhvil verilibmiş.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR