Bakıda zəncirvari qəza: 3 maşın toqquşdu

Paytaxtın Babək prospektində, "Maşın bazarı" yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, şahidlər bildirib ki, "Mercedes" markalı 90 GU 389 dövlət nömrə nişanlı avtomobil Babək körpüsü istiqamətində hərəkət zamanı idarəetməni itirərək "VAZ-21015" markalı 15 BN 327 nömrəli avtomobillə toqquşub.

 

Toqquşma nəticəsində "VAZ-21015" markalı avtomobil səkiyə çırpılaraq hərəkətini dayandırsa da, "Mercedes" markalı avtomobil daha sonra 99 CH 124 dövlət nömrə nişanlı başqa bir "Mercedes"lə toqquşub və onu yolun qarşı tərəfinə atıb. 90 GU 389 nömrəli avtomobil isə yolun qırağındakı divara çırpılıb.

 

Hadisə nəticəsində "VAZ-21015" markalı avtomobildəki sərnişinlərdən birinin qolu sınıb. Zərərçəkən xəstəxanaya aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR