Nabranda istirahət mərkəzində 3 yaşlı uşaq itkin düşüb
Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birində 3 yaşlı uşaq itkin düşüb.
APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib.
3 yaşlı İsmayıl Elçin oğlu Novruzovun ailə üzvləri uşağın oğurlandığını iddia edirlər. İ.Novruzovun babası istirahət mərkəzinin sahibini də günahlandırır: "Ailəmlə istirahətэ gəlmişik. Oturub dincəlirdik. 5 dəqiqənin içində uşaq itdi. 10 dəqiqə çəkmədi, xəbər tutduq. Nə kameraları, nə də mühafizəsi var. Biz 6 nəfər baxardıq o uşağa. Oğurlanıb o uşaq".
Obyektin sahibi Ramiz Abbasov isə ittihamlara belə aydınlıq gətirib: "Bizim kamera çəkməyə imkanımız yoxdur. Qardaş, mənim imkanım yoxdur, kamera çəkməmişik. Mühafizə ona görə yoxdur ki, özümüz mühafizə saxlayırıq".
3 yaşlı İsmayıl Novruzovun axtarış-xilasetmə əməliyyatına FHN-in Şimal Regional Mərkəzinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub