Trampdan Ruhaniyə görünməmiş təhdid: "Diqqətli ol!"
"Bir daha əsla ABŞ-ı təhdid etmə, yoxsa tarixdə əvvəllər çox az adamın gördüyü nəticə ilə üz-üzə qalarsan".
APA TV-nin məlumatına görə, bu fikri ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə ünvanlayıb.
Bundan öncə Ruhani Tramp hökumətinin İranın neft ixracına qoyduğu sanksiyalara görə təhdid səsləndirmişdi. "İranla sülh sülhlərin anasıdır. İranla müharibə müharibələrin anasıdır".
"Twitter" hesabından "İran prezidenti Ruhaniyə" başlığı ilə paylaşdığı açıqlamada Tramp belə yazıb: "Bir daha əsla ABŞ-ı təhdid etmə, yoxsa tarixdə əvvəllər çox az adamın gördüyü nəticə ilə üz-üzə qalarsan. Artıq şiddət və ölüm dolu fitnəkar ifadələrini həzm edəcək ölkə deyilik. Diqqətli ol!"
ABŞ-ın dövlət katibi Mayk Pompeo da İran hakimiyyətini sərt tənqid edib. O, "İran rəhbərlərinin rüşvətxor və zəngin olduğunu, İranın bir hökumətdən çox mafiyaya bənzədiyini" deyib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub