Neftin qiyməti dəyişmədi
Beynəlxalq birjalar günün ilk saatından fəaliyyətini bərpa edib.
APA TV-nin məlumatına görə, neft bazarında xam neftin qiymətlərində ciddi dəyişiklik olmayıb. "Brent" markası və Qərbi Texas nefti ötən həftənin son günü qeydə alınan qiymətlərə satılır. "Brent" neftinin 1 bareli hazırda 72,97 dollardır. WTI nefti isə 68,05 dollardan satılır.
Qiymətlərə hazırda bir çox səbəblər təsir edir. Ötən gün dünyanın lider ölkələrinin maliyyə nazirlərinin yaydığı birgə açıqlamada qeyd olunur ki, beynəlxalq bazarın kiçilməsi problemi var. Bu isə neftə tələbatı azaltmaqla qiymətləri ucuzlaşdırır. Çinlə ABŞ arasında "ticarət müharibəsi" davam edir, ABŞ Səudiyyə Ərəbistanına təzyiq göstərir ki, istehsalı artırsın. Bu ölkə başda olmaqla OPEC üzvləri və qeyri-kartel ölkələri istehsalı artırırlar. Qeyd olunan səbəblər qiymətlərə mənfi təsir edir. Bu təsirlərin qarşısını alacaq əsas hadisələr isə ABŞ-ın İranın neft ixracına sanksiya qoyması və ABŞ-da fəal neft quyularının sayının azalmasıdır. ABŞ neft bazarında əsas fiqurlardan biridir və bu ölkədə istehsal azaldıqda, qiymətlər bahalaşır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub