Bir ailənin 4 üzvünü döyərək xəsarət yetirdilər - ŞAMAXIDA KÜTLƏVİ DAVA

Şamaxı rayonunda 10 nəfərin iştirakı ilə kütləvi dava baş verib. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dağ Bağırlı kəndində qeydə alınıb. Kənd sakinləri Sahib Zeynalov, Sənan Zeynalov, Rafiq Manafov, Kabus Beydullayev, Elnur Zeynalov və Fəxrəddin Zeynalov şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndliləri 1955-ci il təvəllüdlü Qafarov Həbib Gülağa oğluna, onun 30 yaşlı oğlu Tural Qafarova, eləcə də qardaşı Səxavət Qafarova və həyat yoldaşı Mehriban Qafarovaya ağac, bel və başqa küt alətlərlə ağır xəsarətlər yetiriblər. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR