Lənkəranda bal satan qadını avtomobil vuraraq öldürüb
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Şağlaser kəndində baş verib.
Axşam saatlarında Şağlaser kənd sakini Mirsalam Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Masallı rayon sakini, 60 yaşlı Gülqədəm Fətullayevanı vurub. Nəticədə G.Fətullayeva hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Qeyd edək ki, G.Fətullayeva Şağlaser kəndinə bal satmaq üçün gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:21
203
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
203
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
373
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1133
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1183
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1141