Əfqanıstanın vitse-prezidenti ölkəyə qayıdarkən aeroportda partlayış törədildi - 16 ÖLÜ

Əfqanıstanın Kabil şəhərinin aeroportunda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində azı 16 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

APA TV-nin məlumatına görə, bu barədə "TOLOnews" telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Qeyd edək ki, bu gün bir il əvvəl ölkəni tərk etmiş Əfqanıstanın vitse-prezidenti Rəşid Dustum Türkiyədən Əfqanıstana qayıdıb. Partlayış da R.Dustumun zirehli maşınla aeroportu tərk etməsindən sonra onun tərəfdarları arasında törədilib.

 

Hələ partlayışa görə heç bir terrorçu qrup məsuliyyəti öz üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR