Kürdəmirdə 5 yaşlı uşaq qəfildən öldü - ÖGEY ATA SAXLANILDI
Kürdəmirdə fermada bədbəxt hadisə baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon sakini, 2013-cü il təvəllüdlü Yaqubov Murad Bayraməli oğlu yüksək qızdırma nəticəsində ölüb.
M.Yaqubovun anası Yaqubova Sevanə Böyükağa qızı uşağın ölümünə günahkarın qeyri-rəsmi yaşadığı ikinci əri, Kürdəmir rayonunun Muradxan kənd sakini Abdullayev Abdulla İnqilab oğlunun olduğunu bildirib.
Məlumata görə, S.Yaqubova övladı 5 yaşlı oğlu Muradla Tovuz rayonundan Kürdəmir rayonuna gəlib və A.Abdullayevlə qeyri-rəsmi yaşamağa başlayıb. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Ögey ata A.Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb və ona küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın hərarəti yüksəlib və dünyasını dəyişib.
Uşağın anası S.Yaqubova dəfələrlə uşağı həkimə aparmaq lazım olduğunu bildirsə də, ögey ata hər dəfə ona etiraz edib, uşağın müalicə və müayinəsinə imkan verməyib.
Hazırda faktın təfərrüatları Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi əsasında araşdırılır. A.Abdullayevin şübhəli şəxs qismində saxlanıldığı deyilir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub