Şamaxıda maşın dərəyə aşdı
Şamaxı rayonunda maşın dərəyə aşıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 1:30 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun Qaravəlli kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı rayonunun Muğanlı kənd sakini, 1978-ci il təvəllüdlü Sahib Vahid oğlu Rəcəbov idarə etdiyi 10 ZS 412 dövlət nömrə nişanlı "VAZ-21012" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq 10 metr dərinliyi olan dərəyə aşıb.
Hadisə zaman sürücü ağır bədən xəsarətləri alıb. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşdığı üçün Sahib Rəcəbov Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub