Gəzinti kateri göldə çevrildi, 17 nəfər boğuldu - ABŞ-DA

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər həyatını itirib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.

 

Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR