İsrail ordusu bir əsgərinin ölümünə görə HƏMAS mövqelərinə bomba yağdırdı

Qəzza zolağında toqquşmalar zamanı İsrail ordusunun 1 hərbi qulluqçusu ölüb. APA TV-nin məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat yayılıb.

 

Məlumata görə, atəş zamanı 1 İsrail əsgəri ağır yaralanıb və daha sonra Qəzzanın şimal hissəsində ölüb.

 

Bunun ardınca isə İsrail ordusu HƏMAS hərəkatının Qəzza zolağının cənub hissəsindəki 25 hərbi obyektinə zərbələr endirib. Nəticədə HƏMAS batalyonunun qərargahı, PUA anbarı və havadan müdafiə sistemləri bombardman edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR