İran vətəndaşı avtobusda bıçaqla 14 nəfəri yaraladı - ALMANİYADA

Almaniyada naməlum şəxs avtobusda sərnişinlərə bıçaqla hücum edib.

 

APA TV-nin "Lubecker Nachrichten" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Lyubek şəhəri yaxınlığında baş verib. Nəticədə 14 nəfər xəsarət alıb. Xəsarət alanların ikisinin vəziyyəti ağırdır.

 

Avtobus sürücüsü sərnişinlərin qaça bilməsi üçün qapıları açdığına görə silahlı şəxsin hücumuna məruz qalıb. Polis hücum edən şəxsi saxlayıb. Məlumata görə, saxlanılan şəxs əslən İranlıdır. Onun təxminən 35 yaşı var.

 

Hadisənin motivi barədə hələlik məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR