Azərbaycan prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb
İyulun 20-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub.
APA TV xəbər verir ki, Milli Assambleyanın binasının önündə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Milli Assambleyanın sədri Fransua de Rüji qarşılayıb.
Dövlət başçısı və Milli Assambleyanın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Prezident İlham Əliyev və Milli Assambleyanın sədri Fransua de Rüji birgə foto çəkdiriblər.
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyevin Fransaya bu səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Dövlət başçısı Fransaya bu səfəri çərçivəsində bir çox şirkətlərin rəhbərləri ilə görüşlərini qeyd edib, Azərbaycanla Fransa arasındakı uğurlu əməkdaşlığın həmin şirkətlərlə layihələrin həyata keçirilməsinə zəmin yaratdığını deyib.
Prezident İlham Əliyev Azərbaycanla Fransanın 15 şəhərinin qardaşlaşdığını qeyd etdi. Dövlət başçısı vurğulayıb ki, bu, ölkələrimiz arasında münasibətlərin səviyyəsini göstərir və regionlar arasındakı təmasların inkişaf etməsinə imkanlar açır.
Görüşdə həmçinin Azərbaycan-Fransa əlaqələrinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı baxımından önəmi qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin inkişafı, bu sahələrdə gələcək layihələrin reallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Fransada daha geniş tanıdılması istiqamətində işlərin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ətrafında müzakirələr aparılıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub