Oğuzda ustanı elektrik cərəyanı vurub öldürdü
Oğuzda usta elektrik cərəyanı vurması nəticəsində ölüb.
APA TV-nin məlumata görə, hadisə bu gün saat 10:00 radələrində rayonun məcburi köçkünlər üçün salınmış “Azərbaycan 60” qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Hidayət Əliyevin həyətində usta işləyən rayonun Top kənd sakini, 1958-ci il təvəllüdlü Nazim Məcnun oğlu Qurbanəliyevi elektrik avadanlığı ilə ehtiyatsız davranması səbəbindən elektrik cərəyanı vurub. Güclü elektrotravma alan 60 yaşlı Nazim Qurbanəliyev hadisə yerində ölüb.
Nazim Qurbanəliyevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsində müayinə edildikdən sonra dəfn edilmək üçün mərhumun ailəsinə verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:21
238
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
235
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
411
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1136
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1187
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1144