Yeni dünya müharibəsini hansı ölkə başlada bilər? - TRAMP AÇIQLADI
"Monteneqro Üçüncü Dünya müharibəsini başlada bilər". APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Ağ Ev rəhbəri Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibə zamanı deyib.
NATO barədə açıqlama verən Tramp "təşkilata üzv ölkələrdən hər hansı birinə edilən hücum bütün ölkələrə edilmiş hücumdur" yazılan 5-ci maddənin yalnız bir dəfə - 11 sentyabr hadisələrində ABŞ-la bağlı icra olunduğunu diqqətə çatdırıb.
Bu zaman "Fox News" müxbiri "mənim oğlum nəyə görə Montenoqronu müdafiə etmək üçün döyüşməlidir?" deyə sual verib.
Donald Tramp bu suala belə cavab verib: "Nə demək istədiyinizi çox gözəl başa düşürəm. Mən də tez-tez özümə bu sualı verirəm. Ancaq Monteneqro çox güclü xalqı olan balaca bir ölkədir. Davakar insanları var. Bu adamlar bir anda hücum edə bilərlər və buyurun, Üçüncü Dünya müharibəsindəsiniz..."
Qeyd edək ki, Monteneqro 2017-ci ildə NATO-ya üzv olan 29-cu ölkə olub.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub