Trampdan "Google"un cərimələnməsinə sərt etiraz: "Avropa bizi istismar edir"
ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının "Google" şirkətinə kəsdiyi cəzanı tənqid edib.
APA TV-nin məlumatına görə, Tramp ABŞ şirkətinə verilən 5,06 milyard dollarlıq rekord cəzanı istismar adlandırıb.
"Avropa İttifaqı bizim ən böyük şirkətlərimizdən biri olan "Google"a 5 milyard dollarlıq cəza verdi. Mən sizə demişdim. ABŞ-ı doğrudan istismar edirlər, ancaq bu uzun sürməyəcək" - deyə o qeyd edib.
Qeyd edək ki, Avropa Komissiyasının qərarına əsasən, “Google” şirkəti Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir. Qərarda bildirilir ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız “Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub.
Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, “Google”un daxil olduğu “Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək.
ABŞ şirkəti isə Avrokomissiyanın qərarından şikayət verəcəyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub