Putin Trampa Donbassda referendum keçirməyi təklif edib
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Donbassda referendum keçirməyi təklif edib.
APA TV-nin "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
Mənbənin əldə etdiyi məlumata əsasən, Helsinkidə keçirilən görüşdə Ukrayna məsələsi müzakirə edilən zamanı Putin münaqişənin həll olunması üçün regionda referendumun keçirilməsini istəyib. Təklifə əsasən, referendum beynəlxalq təşkilatların və ictimaiyyətin iştirakı ilə regionun statusunun müəyyənləşdirilməsi üçün yalnız Donetsk və Luganskda yaşayan əhalinin iştirakı ilə keçirilməlidir.
"Bloomberg" xəbər verir ki, Donald Tramp təklifi götür-qoy etmək üçün zaman istəyib və qəraradək hər iki ölkə başçısı bu barədə açıqlama verməməyi qərarlaşdırıb.
Qeyd edək ki, görüş zamanı ABŞ prezidenti Donald Tramp Vladimir Putini bu ilin payızında Vaşinqtona səfər etməyə dəvət edib. Bu barədə isə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.
“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, - S.Sanders yazıb.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub