"Brent"in qiyməti dəyişmədi, Qərbi Texas nefti bahalaşdı
Neft bazarında qeyri-stabillik davam edir.
APA TV-nin məlumatına görə, qiymətlər gün ərzində gah ciddi bahalaşır, gah da dəyər itirir.
"Brent" markalı neft 1 dollar bahalaşdıqdan sonra yenidən ötən gün qeydə alınan qiymətə satılmağa başlayıb. Hazırda bu markadan olan neft 72,80 dollara satılır.
Qərbi Texas nefti isə sutka ərzində 80 sent bahalaşıb. WTI markası 68,33 dollardan təklif olunur.
Gözlənilir ki, Səudiyyə Ərəbistanının açıqlaması qiymətlərə müsbət təsir edəcək. Açıqlamada neft istehsalının tələbatdan daha çox artırılmayacağı qeyd olunub. İyul ayında istehsal iyun ayındakı qədər olacaq. Avqustda isə gündəlik istehsal 100 min barel azalacaq.
Mütəxəssislər ABŞ prezidenti Donald Trampın qiymətləri salmaq üçün Səudiyyə Ərəbistanına təzyiq göstərməsinə baxmayaraq, ucuz qiymətlərin bu ölkə üçün arzulanan olmadığını düşünür. Bu səbəbdən OPEC-in əsas neft istehsalçısı olan yarımada ölkəsi bazara çoxlu neft çıxarmaqla qiymətləri ucuzlaşdırmaq fikrində olmayacaq.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub