Salyan sakini Neftçalada su kanalında çimərkən boğulub

Neftçalada 23 yaşlı gənc kanalda batıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Kürsəngi kənd sakini,  1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlu Neftçala rayonunun Kürqarabucaq kəndindən keçən kanalda çimərkən boğulub.

 

İlkin məlumata əsasən, 23 yaşlı C.Dadaşov qarpız alıb Bakıda satmaq məqsədi ilə “Qazel” markalı yük maşını ilə Kürqarabucaq kəndinin ərazisində qarpız bostanına gəlib. Günorta saatları hava isti olduğundan yaxınlıqdakı beton su kanalında sərinləmək istəyibmiş.

 

C.Dadaşovun meyiti FHN-in  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Aşağı Surra kəndində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR