Əsəd neft yataqları məsələsində YPG ilə anlaşdı

Suriya prezidenti Bəşər Əsədlə YPG arasında razılaşma əldə edilib.

 

APA TV-nin Anadolu Agentliyinə istinadən xəbərinə görə, PKK terror təşkilatının Suriya qolu olan YPG işğal etdiyi ərazilərdəki neft yataqlarının işlənməsi məsələsində hökumətlə razılaşıb.

 

Bir aydır davam edən danışıqlar nəticəsində əldə olunan razılaşmaya görə, quyulardan çıxarılan neft kanadalı biznesmenin çəkdiyi boru xətləri ilə hökumətin nəzarət etdiyi bölgəyə daşınacaq. Suriyanın neft və təbii qazdan alınan elektrik enerjisi YPG/PKK-nın nəzarət etdiyi bölgəyə veriləcək. Həmçinin terror təşkilatı ehtiyacı olan nefti birbaşa neft quyularından almaqda davam edəcək.

 

Kanada şirkəti ilə ilk anlaşma 6 aylıq imzalanıb. Boru xəttinin çəkilməsinə Deyr əz-Zordan başlanıb. Borular ölkənin ən böyük neft yataqları olan əl-Ömər və Tanak sahələrindən başlayaraq nefti hökumətin nəzarətindəki Teym sahəsinə axıdacaq. Sonuncu dayanacaq Homsdakı neftayırma zavodu olacaq. Əl-Ömər və Tanakdan çıxan təbii qaz isə YPG-nin işğalındakı Koniko qaz emalı zavoduna gələcək. Hökumət qüvvələri qazı burdan çəkəcək.

 

Qeyd edək ki, YPG/PKK iyulun 16-da ölkənin iki ən böyük su anbarı olan Tabka və Tişrinin idarə olunmasını Suriya hökumətinə verib. ABŞ-ın dəstəklədiyi YPG/PKK terrorçuları Suriyanın neft qaynaqlarının təxminən 70 faizinə nəzarət edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR