Kürdəmirdə evdən oğurluq edən keçmiş məhkum tutuldu

Kürdəmirdə evdən oğurluq edən şəxs tutulub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Kürdəmir şəhər sakini, 1971-cu il təvəllüdlü Simuzər Əli qızı Bağıyeva Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən dəyəri 193 manat olan “HP” markalı noutbukunun və 20 manat dəyərində olan suvenir qılıncının oğurlandığını bildirib.

 

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir şəhər sakini, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məhəmməd Əfqan oğlu Məmmədov tutularaq istintaqa təhvil verilib. Evdən oğurlanmış bir ədəd "HP” markalı noutbuk və bir ədəd suvenir M.Məmmədovun satmış olduğu şəxslərdən müəyyən edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR