Yunus Oğuzun aprel döyüşlərinə həsr etdiyi romanının müzakirəsi keçirilib
“Yunus Oğuz müstəqillik dövrü tarixi Azərbaycan romanının yaradıcılarından biridir. Müəllifin tarixi roman nümunələri oxucuların böyük marağına səbəb olur, ciddi əks-səda verir”.
APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-publisist Yunus Oğuzun “Ovçu” tarixi romanının müzakirəsi zamanı akademik İsa Həbibbəyli deyib.
O əlavə edib ki, Yunus Oğuzun tarixi romanları keçmişimizi obyektiv görməyə, tarixi simalarımıza dərindən bələd olmağa imkan verir. “Yazıçının yaradıcılığında ana xətt azərbaycançılıqdır”, - deyə akademik əlavə edib.
Digər çıxış edənlər isə Yunus Oğuzun son “Ovçu” romanını təhlil ediblər. Bildirilib ki, əsər 2016-cı ilin aprel döyüşlərinə həsr olunub. Müəllif bu romanda müasir dövrlə keçmiş arasında bir əlaqə yaradıb. Çıxış edənlər Yunus Oğuzun qəhrəmanlarının keçdiyi yolları tam araşdırdığını, məhz bu səbəbdən əsərlərinin maraq doğurduğunu bildiriblər.
Qeyd edək ki, nəşrin bədii redaktoru Elçin Hüseynbəyli, redaktoru Fatimə Abbasquliyevadır. Rey Kərimoğlu və Tofiq Şahmuradov isə hərbi ekspert kimi müəlliflə təcrübələrini bölüşüblər.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub