Goranboyda maşın ağaca çırpıldı, sürücü öldü
Goranboyda avtomobil ağaca çırpılıb, sürücü dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Goranboy-Ağcakənd yolunun rayonun Səfikürd kəndindən keçən hissəsində baş verib.
26 yaşlı kənd sakini İlqar Əhmədov idarə etdiyi “VAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:21
273
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
266
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
437
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1143
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1204
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1149