İordaniya şahzadəsi Cocuq Mərcanlıya səfər edib

İordaniya şahzadəsi Mirad bin Raad əl-Hüseyn Cocuq Mərcanlıya səfər edib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ANAMA və Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi nümayəndələrinin müşayiət etdiyi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyni Cəbrayıl və Füzuli rayonlarının İcra Hakimiyyəti başçıları qarşılayıb.

 

Qonaq Cocuq Mərcanlılı kənd sakinləri ilə söhbət edib, kənd məktəbi ilə tanış olub. Daha sonra Cocuq Mərcanlı məscidinə gedərək, məscidin axundu ilə görüşüb.

 

Mirad bin Raad əl-Hüseyn Cəbrayıl rayonunun işğalından sonra rayon ərazisini tərk etməyən kənd sakini Oktay Həziyevin ailəsinin də qonağı olub.

 

Jurnalistlərə açıqlama verən Mirad bin Raad əl-Hüseyn bildirib ki, Cocuq Mərcanlı kiçik kənd olsa da, gözəl inşa edilib: “Burda gördüyüm bütün şərait, evlər, infrastruktur hamısı çox yüksək səviyyədə təşkil olunub. Bu şəraitin bu səviyyədə qurulması dövlətin nailiyyətidir”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR