Bəhreyn vətəndaşı Bakıda icarəlik avtomobillə qəza törətdi
Bakının Nəsimi rayonunda yol qəzası baş verib. Avtoqəzanı Bəhreyn vətəndaşı icarəyə götürdüyü avtomobillə törədib.
APA TV-nin məlumatına görə, yol nəqliyyat hadisəsi Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən "Kia" markalı avtomobillə Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfildən sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" markalı digər avtomobil "Kia"ya çırpılıb.
Yol qəzası nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində yol polis əməkdaşları olub və sürücülərin ifadələri alınıb.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
13:21
274
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
268
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
438
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1143
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1204
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1149