Qubada minik maşını avtobusa çırpıldı: ölən və yaralananlar var

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.

 

“Nissan XTrail” markalı minik maşını ilə “Hyundai” markalı sərnişin avtobusunun toqquşması nəticəsində minik maşınının sürücüsü hadisə yerində ölüb.

 

İlkin məlumata görə, “Nissan” markalı avtomobil ötmə əməliyyatı zamanı avtobusa çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Bundan başqa, 9 nəfər xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR