Suriya ermənilərinin Ermənistana köçürülməsinə başlanır
Ermənistan hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə Suriyada yaşayan ermənilərin ölkəyə qaytarılmasına başlayıb.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, hökumət orada yaşayan erməni icmasının 2018-ci ilin iyul ayından 2021-ci ilə qədər Ermənistanda rahat yaşaması üçün bütün lazımi tədbirləri görəcəyini bəyan edib.
Proqrama əsasən, 9000 Suriya ermənisinə hər cür tibbi və sosial yardım göstəriləcək, 300 ailə isə ölkənin müxtəlif ərazilərində yaşaması üçün evlə təmin ediləcək.
Qeyd edək ki, bu proqramda Ermənistan hökumətinə Avstriya Qırmızı Xaş Komitəsi də kömək edəcək. Layihənin ümumilikdə 3,3 milyon avroya başa gələcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
13:21
275
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
270
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
439
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1143
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1204
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1149