Ərdoğanın ali təhsilli olub-olmamasını Avropa Məhkəməsi araşdıracaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomu ilə bağlı mübahisə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) daşınıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərdoğanın diplom məsələsi ilə bağlı qərar verilməsini istəyən Oğuz Tolqa və Mətin Gülər adlı şəxslər Türkiyə məhkəmələrindən və Türkiyə Ali Seçki Şurasından nəticə ala bilmədiklərinə görə növbəti addımı atıblar.
Onlar əllərindəki sənədləri şikayət ərizəsi ilə birlikdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriblər.
Məhkəmə şikayət ərizəsini və sənədləri yoxladıqdan sonra 16 iyul tarixində Mətin Gülərə bildiriş göndərərək, işi icraata götürdüyünü təsdiqləyib.
Sosial şəbəkə hesablarından kampaniya başladan Oğuz Tolqa və Mətin Gülər Ərdoğanın diplom məsələsi ilə maraqlanan hər kəsi onlara dəstək olmağa çağırıblar.
Qeyd edək ki, Türkiyə qanunlarına görə, ali məktəb diplomu olmayan şəxs ölkə prezidenti ola bilməz. Rəcəb Tayyib Ərdoğanın universitet məzunu olmaması ilə bağlı uzun müddətdir iddialar səslənir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub