Nardaran sakinindən tüfəng tapıldı
Nardaran sakinindən odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Rəsul Ələkbərovda qanunsuz olaraq silah olması barədə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman dəhlizin döşəməsinin alt hissəsində 1 ədəd “Ortsan” modelli qundağı ilə lüləsi kəsilmiş tüfəng aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin silahın ona məxsus olduğunu, 2013-cü ildə tapdığını və həmin vaxtdan özündə saxladığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:21
269
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
263
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
434
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1141
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1202
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1147