Dünya çempionatı Rusiyaya 1,5 milyard dollar qazandırıb
Azarkeşlər Rusiyaya 1,5 milyard dollar qazandırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Sberbank"ın yaydığı məlumata əsasən, Rusiyada keçirilən futbol üzrə dünya çempionatını izləmək üçün dünyanın hər yerindən ölkəyə yüz minlərlə azarkeş axışıb.
İlkin hesablamalara görə, onlar qidalanmaq, nəqliyyat və digər daxili xərclərlə birlikdə Rusiya iqtisadiyyatına 1,5 milyard dollar xeyir veriblər. Bu göstəriciyə ziyarətçilərin hotel və bilet xərcləri daxil edilməyib.
Rusiyaya turist axını isə keçən ilə nisbətən 15% artıb. Turistlərin ən çox axın etdiyi şəhərlər oyunların keçirildiyi Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq, Saransk, Rostov, Kazan, Samara, Volqoqrad və Nijni Novqorod olub.
OXŞAR XƏBƏRLƏR
13:21
276
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
13:19
270
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
12:21
439
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
19:50
1143
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1204
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1149