Şahmar Ələkbərovun 75 illik yubileyi qeyd olunub
Muzey Mərkəzində görkəmli kino xadimi, Azərbaycanın xalq artisti Şahmar Ələkbərovun 75 illik yubileyi münasibətilə anım tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Kinematoqrafçılar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə kino ictimaiyyətinin nümayəndələri, tanınmış aktyorlar və mərhum yubilyarın ailə üzvləri iştirak ediblər.
Kinematoqrafçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev Şahmar Ələkbərov haqqında xatirələrini bölüşüb.
Xalq artisti Əminə Yusifqızı Şahmar Ələkbərovla 30 il birgə çalışdığını bildirib, onu ustadı adlandırıb.
Şahmar Ələkbərov saysız-hesabsız filmlərdə rol alıb. Xalq artisti Elxan Qasımov qeyd edib ki, onun hər obrazı tələbələr üçün elmi iş hesab oluna bilər. O, həmçinin Şahmar Ələkbərovun məlahətli, qeyri-adi dərəcədə inandırıcı səsə malik olduğunu vurğulayıb.
Tədbir boyu "Yeddi oğul istərəm", "Mən ki gözəl deyildim", "Axırıncı aşırım" və s. filmlərdən fraqmentlər göstərilib.
Qeyd edək ki, Şahmar Ələkbərov uzun sürən ağır xəstəlikdən sonra 1992-ci il avqustun 12-də 49 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub